Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

5-11-2020, 11:38           
Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı
Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıblar və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir ay əvvəl, yəni oktyabrın 4-dən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru