Noyabrın 6-da gözlənilən hava şəraiti

5-11-2020, 16:55           
Noyabrın 6-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru