Rusiyada yeniyetmə uşağı güllələdi

6-11-2020, 08:49           
Rusiyada yeniyetmə uşağı güllələdi
Rusiyanın Tümen vilayətində yeniyetmə ov edərkən on iki yaşlı uşağı vurub.

Gazeta.ru bu barədə regional prokurorluğun saytına istinadla məlumat verir.

Hadisə noyabrın 5-də Tobolsk rayonunun Varmaxli kəndi yaxınlığında baş verib.

“On üç yaşlı oğlan meşədə ov edərkən on iki yaşlı uşağı güllələyib. O, aldığı xəsarətdən ölüb. Hadisənin təfərrüatları araşdırılır”, - deyə məlumatda qeyd olunur.

Faktla əlaqədar olaraq silah qanunvericiliyinə əməl olunması və hər iki oğlanın valideynlərinin vəzifələrini yerinə yetirmələri ilə bağlı yoxlama aparılır.
paralel












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru