ÜST yeni pandemiyaya hazırlaşmağa çağırdı

7-11-2020, 09:36           
ÜST yeni pandemiyaya hazırlaşmağa çağırdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb.

“Qafqazinfo” bildirir ki, müvafiq bəyanat təşkilatın saytında dərc edilib.

Təşkilatın məlumatına əsasən, fövqəladə hallara hazırlıq baxımından güclü infrastruktura malik ölkələr koronavirusun yayılmasının qarşısını almaq və nəzarət etmək üçün tez bir zamanda hərəkət etmək qabiliyyətini nümayiş etdirdilər.

Daha əvvəl ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus COVID-19-un uzunmüddətli nəticələrini açıqlayıb. Onun sözlərinə görə, bu nəticələr bədənin əhəmiyyətli sistemlərinə təsir göstərir. ÜST rəhbəri bildirib ki, söhbət yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab, ağciyər və ürək daxil olmaqla əsas orqanların zədələnməsi kimi əlamətlərdən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru