Azərbaycanlı xanım Ukraynada deputat seçildi

7-11-2020, 10:17           
Azərbaycanlı xanım Ukraynada deputat seçildi
Ukraynada yaşayan həmyerlimiz Kiyev Şəhər Şurasının deputatı seçilib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 25-də keçirilən seçkilərin nəticələrinə görə, Dinara Həbibullayeva keçmiş Prezident Petro Poroşenkonun sədri olduğu “Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının deputatı seçilib.

Qeyd edək ki, seçkilərdə D. Həbibullayevadan əlavə 3 azərbaycanlı namizəd olub. Onlar Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Krivoy Roq şəhəri üzrə sədri Rəmzi Rzyaev, Xarkov şəhəri, 170 saylı birmandatlı seçki dairəsindən Nuriyev Ağamirzə, Dnepr vvə Poltova vilayətindən millət vəkili olmuş Muxtarov Fəxrəddindir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru