İki zabit və bir çağırışçı Voronej yaxınlığındakı hərbi hissədə öldürüldü – Detallar açıqlandı
9-11-2020, 12:00
Rusiyanın Voronej vilayətinin ərazisindəki hərbi hissədə əsgər Anton Makarovun hücumu nəticəsində üç nəfər – iki zabit və bir çağırışçı öldürülüb.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
20 yaşlı Makarov mayor Sergey Yermolayev, yefreytor Sergey Kajokin və əsgər Ninail Aktailevi öldürüb. Bundan əlavə, Firsov soyadlı bir çağırışçını yaralayıb.
Əsgər çiynində iki güllə yarası ilə xəstəxanaya aparılıb. Bu barədə jurnalistlərə məlumatlı bir mənbə məlumat verib. İnformasiya TASS tərəfindən yayımlanıb.
Media mayor Yermolayevin Makarovun xidmət etdiyi batalyona yoxlama üçün gəldiyini yazıb. Çağırışçı zabitlə dava edib, tapançanı əlindən alaraq atəş açıb.
NEWS.ru-nun bir az əvvəl yazdığı kimi Makarov hərbçilərə balta ilə hücum edib. Ölənlərin cəsədləri aerodromun xidmət otağında tapılıb. Təcavüzkar qaçıb. Digər mənbələrə görə, gənc əsgər bölmə ərazisində barrikada qurub, yanında zabitdən aldığı tapança və güllə ilə dolu iki daraq olub.