Dəhşət: Bələdiyyə sədrini oğurlayıb öldürdülər

12-11-2020, 11:21           
Dəhşət: Bələdiyyə sədrini oğurlayıb öldürdülər
Meksikanın Verakruz əyalətinin Jamapa şəhərində bələdiyyə sədri qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, Florisel Rios adlı qadın bu həftə silahlı şəxslər tərəfindən qaçırılıb. Riosu xilas etmək üçün əməliyyat başladan polis isə onun cansız bədənini tapıb. Əyalət valisi cinayətlə bağlı açıqlama verərək bunun cəzasız qalmayacağını vurğulayıb:

“Cinayətkarların tapılması üçün prokurorluqdan istintaqın sürətləndirilməsini tələb etdik. Bunun cəzasız qalmaması üçün araşdırma detallı şəkildə aparılacaq”.

Qeyd edək ki, Meksikada 2006-cı ildən bəri 60-dan çox bələdiyyə sədri mütəşəkkil cinayətkarlar tərəfindən öldürülüb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.