Rusiyada seçkilərdə qalib gəlmiş süpürgəçi vəzifəsindən imtina edib

13-11-2020, 02:10           
Rusiyada seçkilərdə qalib gəlmiş süpürgəçi vəzifəsindən imtina edib
Rusiyanın Kostroma vilayətinin Povalixinsk kəndinin rəhbəri vəzifəsinə seçilmiş süpürgəçi Marina Udqodskaya öz səlahiyyətlərinin icrasını dayandırıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Marina Udqodskaya qəsəbəni idarə edə bilmədiyini anlayıb.

Deputatlar Şurası onun istefasına səs veriblər. Marina Udqodskaya vəzifəsini noyabrın 19-da tərk edəcək.

Udqodskaya Çuxlomskdakı sənaye texnikumunu bitirib. Onun iş yeri haqqında məlumatda qeyd edilib ki, Marina həmin kəndin administrasiyasında xidməti binanın süpürgəçisidir.

Xatırladaq ki, Udgodskaya (Sosial Ədalət uğrunda Təqaüdçülər Partiyasından namizəd) gözlənilmədən yerli orqanlara seçkilərdə Çuxlomsk rayonunun Povalixinsk kəndinin hazırkı rəhbəri Nikolay Loktevə 61,7% səslə qalib gəlib. Seçkilərdə süpürgəçiyə 87 nəfər, Loktevə 48 nəfər səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru