Vardan Atabekyan Paşinyanın fraksiyasından getdi

13-11-2020, 09:29           
Vardan Atabekyan Paşinyanın fraksiyasından getdi
“Mənim addımım” blokundan olan deputat Vardan Atabekyan Qarabağla bağlı imzalanmış sənədlə əlaqədar parlament çoxluğunu tərk edib.

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

“Mən də xalqın böyük bir hissəsi kimi imzalanmış bəyanat haqda mətbuatdan xəbər tutdum və bəyan edirəm ki, siyasi komandanın mövqeyi ilə razı deyiləm. Mən “Mənim addımım” blokunun parlament fraksiyasını tərk edirəm və bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyəm.

Odur ki, gələcək parlament fəaliyyətini yaranmış vəziyyətdən minimum itkilərlə çıxmağa və Qarabağ ermənilərinə yardım etməyə yönəltməyə hazıram. Yalnız bu səbəbdən mən öz deputat mandatımdan imtina etmirəm”, - deyə V.Atabekyan yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru