Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi tarix məlum olub

30-04-2015, 10:53           
Bakıda yeni dənizkənarı avtomobil yolunun istismara veriləcəyi tarix məlum olub
Bakı şəhərində Nobel prospektinə paralel 8 hərəkət zolaqlı dənizkənarı avtomobil yolunun tikintisinin mayın ikinci ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulub. Hazırda son tamamlanma işləri gedir, asfalt-beton örtüyünün son layı vurulur. Bu barədə "Report"a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, həmin ərazidə 3 yeraltı piyada keçidi tikilib və onların da son tamamlanma işləri icra edilir.
Qeyd edək ki, yol boyu iki dairəvi qovşaq və üç piyada keçidi tikilib. Bağlantı yollarla birlikdə ümumi uzunluğu 2 km-dən artıq olan yol 4 gediş və 4 gəliş olmaqla, 8 hərəkət zolağından ibarətdir.
Eni isə 45 metr olan yolun bir zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır. Ayırıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra Neftçilər və Nobel prospektlərinin yükü xeyli azalacaq. Bundan əlavə, yaxın gələcəkdə sözügedən yoldan “Ağ Şəhər”in ərazisinə nəqliyyat bağlantısı yaradılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.