Məmurun kürəkəni karantin qaydalarını pozdu

2-12-2020, 06:37           
Məmurun kürəkəni karantin qaydalarını pozdu
Kürdəmir rayonunda karantin qaydalarını kobud şəkildə pozaraq yas mərasimi təşkil edən şəxslər aşkar olunaraq saxlanılıb.

“Report” xəbər verir ki, Kürdəmir rayon Sığırlı kənd inzibati ərazi dairəsinin icra nümayəndəsi Əmirov Eyyub Əmir oğlunun kürəkəni Zeynalov Davud Zakir oğlu qayınatasına arxalanaraq, karantin qaydalarını kobud şəkildə pozub və yaşadığı evdə anasına yas mərasimi təşkil edib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirilib, Zeynalov Davud və yas mərasimində iştirak edənlər saxlanılaraq polis şöbəsinə gətirilib.

Profilaktik söhbətlər aparıldıqdan sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən cərimə tətbiq olunub.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.