İmişlidə yol qəzasında yaralanan 8 nəfərin kimliyi məlum olub

5-12-2020, 09:18           
İmişlidə yol qəzasında yaralanan 8 nəfərin kimliyi məlum olub
İmişli rayonunda yaralananların şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Şahverdilər kəndində “QAZ-24” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib.

Bunlar İmişli rayon sakinləri - 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğludur.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru