“Azərsun” fəhlənin ölümünü inkar edir?

30-04-2015, 15:38           
“Azərsun” fəhlənin ölümünü inkar edir?


“Azərsun” fəhlənin ölümünü inkar edir?
29 apreldə Bakıda tikintidə daha bir ölüm faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin saytının yaydığı xəbərə görə, hadisə aprelin 28-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə inşa edilən binada fəhlə işləyən Bakı şəhər sakini Elmir Kazımov 4-cü mərtəbədən yıxılıb. Xəstəxanaya yerləşdirilən E.Kazımov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ( APA )

30-cu Polis Bölməsinin əməkdaşı Qafqaz Xəbər Agerntliyinə (qafqaznews.org) bildirib ki, faciə “Xəyal adası”nda Qolf Klubun tikintisində baş verib.
Məlumat üçün bildirək ki, azersun.com saytında “Xəyal adası”nın ( DREAMISLAND) “Azərsun Holding”lə Koreya şirkəti olan “Kolon”un birgə layihəsi olduğu qeyd olunur. Layihəyə əsasən burada yaşayış evləri, təhsil mərkəzi, ticarət və səhiyyə müəssisələri olacaq.
“Azərsun Holding”in nümayəndəsi Qafqaz Xəbər Agerntliyinin (qafqaznews.org) müxbiri ilə söhbətində fəhlənin ölümünü inkar edib: “ Elmir Kazımovun ölümü bizə məlum deyil”.
Heftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı isə hadisə ilə bağlı aşağıdakıları söylədi: “ Yəqin Azərsun şirkəti fəhlə ilə əmək müqaviləsi bağlamayıb, ona görə də onlara məxsus tikintidə baş verən ölüm hadisəsini inkar edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.