Lənkəranda ev partladı

30-04-2015, 16:00           
Lənkəranda ev partladı
Azərbaycanın Lənkəran rayonunda evdə güclü partlayış olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində şəhərin Koroğlu küçəsi, 62 ünvanında 1969-cu il təvəllüdlü Aybəniz Zeynalovaya məxsus ümumi sahəsi 9 kv.m olan evdə qeydə alınıb. İlkin ehtimallara görə, evdəki kiçik tutumlu qaz balonunun partlaması nəticəsində yanğın baş verib. Nəticədə ev tamamilə dağılıb, ev sahibinin yaxın qohumu, 1948-ci il təvəllüdlü Lətifə İbad qızı Zeynalova isə ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Evdəki yanğın Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.