“WhatsApp”da yeni virus yayılır

27-01-2021, 22:54           
“WhatsApp”da yeni virus yayılır
Milyonlarla istifadəçisi olan "WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.

Sfera.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta” məlumat yayıb.

Mobil telefonun Android əməliyyat sistemi üçün zərərli olan virus özünü "Huawei Mobile” aplikasiyası kimi təqdim edir.

Virus link şəklində istifadəçilərə göndərilir. Linkə basdıqda "Google Play Store”a bənzər sayt açılır və zərərli proqram telefona yüklənməyə başlayır.

Qeyd olunur ki, bu virusdan daha çox reklam və yalançı abunə üçün istifadə edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru