Çeçenistanda dağlıq ərazidə itkin düşən 14 nəfərlik qrup tapılıb

8-02-2021, 21:08           
Çeçenistanda dağlıq ərazidə itkin düşən 14 nəfərlik qrup tapılıbRusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində dağlarda itkin düşən 14 nəfərlik qrup sağ-salamat tapılıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Açxoy-Martan sakini bildirmişdi ki, Sunjen rayonunun Bamut kəndi ərazisində dağlıq-meşəliyə ayı soğanı toplamağa gedən 14 nəfərlik qrup itkin düşüb. Onun sözlərinə görə, həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı keçirilib və itkin düşən qrup tapılıb.
"Meşəyə gedən qrup Arştı kəndi ərazisində aşkarlanıb", - nazirlikdən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru