"Bitcoin"in qiyməti ilk dəfə 46 min dolları keçib

9-02-2021, 07:41           
"Bitcoin"in qiyməti ilk dəfə 46 min dolları keçib
"Bitcoin"in qiyməti ticarət sessiyası çərçivəsində 18,97 faiz bahalaşaraq 46,246 min dollara yüksəlib.

Trend-in məlumatına görə, bu barədə CoinDesk portalı xəbər verib.

Bildirilib ki, ən yüksək nöqtəsində, "Bitcoin"in qiyməti 46,750 min dollara çatıb.

Beləliklə, kriptovalyutanın dəyəri tarixi maksimumunu yeniləyib.

Qeyd edək ki, qiymətlər "Tesla" şirkətinin "bitcoin" kriptovalyutasına 1,5 milyard dollar sərmayə yatırdığı barədə xəbərlər əsasında artmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru