Antarktida “qanlı” qar örtüyünə bürünüb - FOTO

17-02-2021, 09:24           
Antarktida “qanlı” qar örtüyünə bürünüb - FOTO
Antarktidada Ukraynanın “Akademik Vernadski” stansiyasını “qanlı” qar örtüb.

“Sputnik”in məlumatına görə, bu barədə Milli Antarktida Elm Mərkəzinin Mətbuat xidməti kadrlar yayıb.

Bildirilir ki, narahat olmağa ehtiyac yoxdur. Qütb tədqiqatçıları bu təbiət hadisəsini hər il müşahidə edirlər.

Elm adamlarının sözlərinə görə, Antarktida yayının sonunda qar “çiçəklənir” və qırmızı rəng alır. Bu rəng qarda mikroskopik yosunların inkişafı nəticəsində ortaya çıxır. Onlar ekstremal temperaturdan qorxmayan sporlarla çoxalırlar.

“Qar çiçəklənməsi” iqlim dəyişikliyinə kömək edir. Rəng sayəsində qar daha az günəş işığını əks etdirir və daha tez əriyir.oxu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru