Rusiyada evdə yanğın: 3 azyaşlı öldü

19-02-2021, 09:19           
Rusiyada evdə yanğın: 3 azyaşlı öldü
Rusiyanın Kirov şəhərində taxtadan olan fərdi yaşayış evində yanğın baş verib. Bu barədə "RİA Novosti" xəbər verir.

Qeyd olunub ki, Borodulin küçəsindəki yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində üçü azyaşlı olmaqla bir neçə nəfər ölüb, 13 sakin evakuasiya edilib.

Hazırda ölənlərin və yaralıların sayı dəqiqləşdirilir.
Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.