Nigar Arpadaraidən qazilərlə bağlı sərt açıqlama: “Gedib-gəlməli deyillər”

23-02-2021, 11:56           
Nigar Arpadaraidən qazilərlə bağlı sərt açıqlama:
“Vətən müharibəsində iştirak edən qazilərimiz bilməlidir ki, dövlət onların qayğısına qalır. Həmin o yaralılar, qazilər sənəd almaq üçün dəfələrlə gedib-gəlməli deyillər”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, ASAN Xidmət kimi bir mexanizm qurula bilər:

“Bizim kifayət qədər könüllülərimiz var. Bu sənədləri könüllülər vasitəsilə də qazilərin evlərinə göndərmək olar”.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası bu gün öz işinə başlayıb. İclasda 22 məsələ müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru