Yevlax sakini artezianın naqillərini oğurlamaq istədi, “tok” vurub öldürdü

26-02-2021, 23:24           
Yevlax sakini artezianın naqillərini oğurlamaq istədi, “tok” vurub öldürdü
Yevlax rayonunun Kolanı kəndində 30 yaşlı şəxsin elektrik cərəyanı vurması nəticəsində öldüyü hadisənin təfərrüatı məlum olub.

"Report"un məlumatına görə, Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

Faktla bağlı Yevlaxın hüquq-mühafizə orqanlarında cinayət işi başlanılıb, araşdırma aparılır.

**19:14

Yevlax rayon sakini faciəvi şəkildə ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Mehrəliyevi elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru