Ermənistan iqtisadiyyatında 7,5 faiz azalma qeydə alınıb

27-02-2021, 21:47           
Ermənistan iqtisadiyyatında 7,5 faiz azalma qeydə alınıb
Ötən illə müqayisədə Ermənistan iqtisadiyyatında 7,5 faiz azalma qeydə alınıb: Ticarət dövriyyəsi 15,1, xidmət sektoru 10,3, sənaye isə 10,8 faiz.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı Suren Parsyan bildirib.

İqtisadçı vurğulayıb ki, bu cür göstəricilər şəraitində nağd çeklərin dövriyyəsi arta bilməz:

“Paşinyanın bəyanatı, eyni zamanda orta aylıq nominal hesablanmış əmək haqqının 3,8 faiz azalması ilə də ziddiyyət təşkil edir. Təbii ki, gəlirlərin azalması və 4,5 faizlik inflyasiya şəraitində insanlar daha çox alış-veriş edə bilmirdilər. Yeri gəlmişkən, son vaxtlar banklar da istehlak kreditlərinin maliyyələşdirilməsini xeyli azaltdı. İxracatdakı 11,3 faiz azalma isə ölkədəki pul axınının azaldığını göstərir”.

Erməni iqtisadçısına görə, 2021-ci ilin yanvarının pis göstəriciləri fevral göstəricilərinə təsir göstərməyə bilməz və bir-birindən kəskin şəkildə fərqlənir. Beləliklə, Ermənistanda maliyyə və iqtisadi böhranın getdikcə dərinləşdiyini və mövcud hökumətin sosial-iqtisadi problemləri aşkarlamaq və həll etmək əvəzinə, yalançı, nikbin bəyanatları ilə ictimaiyyəti və biznesi səhv istiqamətə yönəltdiyini söyləmək olar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru