Antarktidadan Sankt-Peterburq şəhəri böyüklüyündə aysberq qopub

1-03-2021, 07:32           
Antarktidadan Sankt-Peterburq şəhəri böyüklüyündə aysberq qopub
Antarktidadan ölçüləri təxminən 1 270 kv.km təşkil edən aysberq ayrılıb.

“Report”un məlumatına görə, aysberq Böyük Britaniyanın Halley tədqiqat stansiyasının yerləşdiyi “Brant” buz şelfindən qopub.

Qeyd olunub ki, təxminən 10 il əvvəl buzlaqda 150 metr qalınlığında böyük çatlar əmələ gəlib. Cari ilin yanvar ayında çatlar sürətlə böyüməyə başlayıb və uzunluğu gündə bir kilometr artıb.

Nəticədə 26 fevral tarixində böyük buz kütləsi şelfdən ayrılıb.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtı hesab edilən Sankt-Peterburq şəhərinin regionlarla birgə ümumi ərazisi 1 439 kv.km təşkil edir. Hazırda aysberqin gəmilər üçün təhlükə yaratmasının qarşısını almaq üçün hərəkət traektoriyası diqqətlə izlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru