Dilavər Əzimli dəfn edildi - FOTO

4-03-2021, 08:27           
Dilavər Əzimli dəfn edildi - FOTO
Xəbər verdiyimiz ki, Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimli dünyasını dəyişib.

Publika.az xəbər verir ki, o, bu gün doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Ağdaş kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Bütöv Azərbaycan Ocaqlarının rəhbərliyi və üzvləri, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları, kənd əhalisi iştirak ediblər.

Mərasimdə mərhumun bəyin tarixçi alim, Bütöv Azərbaycan Ocaqlarının qurucu üzvü, eyni zamanda 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçısı kimi fəaliyyətindən, Azərbaycan tarix elmi üçün gördüyü işlərdən bəhs edilib.

Sonda mərhumun ruhuna dualar oxunub.

Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru