Aydın Heydərov vəfat etdi

3-04-2021, 16:10           
Aydın Heydərov vəfat etdi
Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur “Yaş senzi” ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olmuş Aydın Heydərov vəfat edib.

Bununla bağlı deputat Fazil Mustafa məlumat yayıb. O qeyd edib ki, mərhum 1 aya yaxındır ki, koronavirusla mübarizə aparırmış.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü A.Heydərov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri idi. O, 1992 - ci ildə “İnturavto” Bakı Avtomobinatının direktoru, 1997 - ci ildən isə eyniadlı Açıq Səhmdar Cəmiyyətin sədri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru