Paytaxtda yeniyetmələr arasında dava - Bıçaqlananlar var

14-04-2021, 00:37           
Paytaxtda yeniyetmələr arasında dava - Bıçaqlananlar var
Bakının Nərimanov rayonunda 4 nəfər arasında dava düşüb.

Teref.az xəbər verir ki, hadisə F.Yusubov küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Quliyev Ramiz Ramin oğlu və dostu 2004-cü il təvəllüdlü Xasıyev Firuz Zahid oğlu iki nəfər naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. R.Quliyev qarnının ön divarının kəsilmiş-deşilmiş yaraları ilə, F.Xasıyev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru