Bakıda toqquşan "Mercedes"lər yandı

20-02-2016, 00:23           
Bakıda toqquşan "Mercedes"lər yandı
Bakıda metronun "20 Yanvar" metro stansiyasının yaxınlığındakı tuneldə qəza baş verib. teref.az anspress-ə istinadən xəbər verir ki, iki "Mersedes" markalı avtomobil toqquşub.

Sumqayıtdan şəhər istiqamətinə gələn tunelin içində baş verən qəza zamanı hər iki avtomobil alovlanıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanan avtomobillərin alovu tünelin içini bürüyüb. Qəzanın səbəbi və kimin günahkar olduğu barədə məlumat verilmir.

Qəza nəticəsində həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Bir müddət əvvəl həmin ərazidə zəncirvari qəza baş verib. Bakıda metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı tuneldə baş verən qəza zamanı 12 maşın toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.