Sərdar Həmidov ağır durumda xəstəxanaya yerləşdrildi

28-02-2016, 17:11           
Sərdar Həmidov ağır durumda xəstəxanaya yerləşdrildi
Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov ağır durumdadır.

Bu barədə müsavat.com-a onun oğlu Şəhriyar Məcidzadə məlumat verdi: “Səhər saatlarında qəfildən halı pisləşdi, huşunu itirdi. Ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirmişik. Durumu son dərəcə ağırdır, reanimasiyadadır”.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkir.
Tanrı ona şəfa versin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.