Avropaya gedən 60-a yaxın miqrant Liviya sahilləri yaxınlığında batıb

27-07-2021, 07:43           
Avropaya gedən 60-a yaxın miqrant Liviya sahilləri yaxınlığında batıb
Avropaya gedən ən azı 57 miqrant onları daşıyan qayığın aşması nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın mətbuat katibi Safa Msexli öz "Twitter" səhifəsində bildirib.

O bildirib ki, hadisə Liviya sahillərinin yaxınlığında baş verib:

"Bu gün Liviya sahillərində, Homs şəhərinin ətrafında qayığın aşması nəticəsində ən az 57 nəfər ölüb. Balıqçılar və sahil mühafizəsi tərəfindən sahilə çıxarılan sağ qalanların dediklərinə görə, boğulanlar arasında ən azı 20 qadın və iki uşaq olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru