Koronavirusa yoluxan pişikləri evtanaziya etdilər

30-09-2021, 09:14           
Koronavirusa yoluxan pişikləri evtanaziya etdilər
Çinin şimal-şərqindəki Heylonjan vilayətində koronavirusa yoluxan üç pişik evtanaziya edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Beijing News” məlumat yayıb.

Bildirilib ki, evtanaziya zamanı pişiklərin sahibinin etirazlarına məhəl qoyulmayıb.

Vurğulanıb ki, pişiklərin sahibi sosial şəbəkədə heyvanlara PCR testi tətbiq edildiyini və cavabların müsbət olduğunu yazıb. O bildirib ki, heyvanlar müalicə olunduğu zooklinikada ondan icazə almadan evtanaziya edilib.

Qeyd edək ki, Çində infeksiyaya yoluxan heyvanların öldürülməsinə icazə var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru