Tramp məhkəmədən tviter hesabının bərpasını istəyib

3-10-2021, 09:09           
Tramp məhkəmədən tviter hesabının bərpasını istəyib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədən sosial şəbəkələrə qarşı ümumi iddianın bitməsini gözləmədən tviter hesabının bərpa edilməsini istəyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Florida məhkəməsinə göndərilən sənəddə deyilir.

Sənədə görə, iddiaçı Donald Tramp məhkəmədən tviter sosial media platformasına çıxışının bərpa edilməsi barədə ilkin qərar çıxarmasını tələb edir".

Xatırladaq ki, bu ilin mayında tviter Donald Trampın saytından məlumatları yenidən paylaşan akkauntu bloklayıb. Bundan əvvəl isə tviter, feysbuk və digər sosial şəbəkələr yanvarın 6-da Vaşinqtonda baş verən iğtişaşlar barədə bəyanatlarına görə Trampın səhifələrini bloklamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru