Bakının dostu olan erməni xəstəxanaya yerləşdirildi

12-10-2021, 14:52           
Bakının dostu olan erməni xəstəxanaya yerləşdirildi
Erməni hüquq müdafiəçisi Georgi Vanyan Tiflisdə xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb. Məlumata görə, 9 oktyabrda xəstəxanaya koronavirus diaqnozu yerləşdirilən Vanyanın hər iki ağ ciyəri zədələnib.

Vanyanın hazırda reanimasiyada olduğu qeyd edilib.

Xatırladaq ki, Vanyan Ermənistanda Azərbaycana xoş münasibət bəsləyib, Qarabağ məsələsində konstruktiv mövqe sərgiləyən azsaylı siyasi fəallardan biridir. O, Azərbaycanla münasibətlərin bərpası, Qarabağın Azərbaycana qaytarılması, eləcə də Xocalı soyqırımına görə üzr istənilməsi barədə mövqeyinə görə Ermənistanda ağır təzyiqlərə, təqiblərə məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru