Dörd gün səhrada susuzluq: Möcüzəvi şəkildə sağ qaldılar - FOTO

19-10-2021, 08:53           
Dörd gün səhrada susuzluq:
Avstraliyanın şimal kəndlərində bataqlıqda qalan və günlərlə susuzluqdan əziyyət çəkən iki nəfərin sağ qalması möcüzə kimi qiymətləndirilib.

Belə ki, 21 yaşlı Şaun Emitja və 14 yaşlı Maheş Patrik qırmızı qumla örtülmüş 4 saatlıq yolu avtomobilləri ilə keçmək istəyiblər.

Onlar geri qayıtmadıqlarına görə, həmin şəxslərin itkin düşməsi barədə polisə xəbər verilib.

Quruda və havada axtarış aparan xilasetmə qrupları onları dörd gün sonra tapa biliblər.

Məlum olub ki, həmin şəxslər gecəni bataqlıqda sıxışan avtomobildə qalıblar, gündüz isə səhralaşmış ərazilərdən keçərək, günlərlə səhv istiqamətdə gedərək su axtarıblar. Onların bu müddətdə susuzluğa rəğmən sağ qalmaları təəəcüblə qarşılanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru