Gürcüstanda zəlzələ oldu

20-10-2021, 10:18           
Gürcüstanda zəlzələ oldu
Bu gün yerli vaxtla 08:45-də Gürcüstan və Çeçenistan sərhədində zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

İlkin hesablamalara əsasən zəlzələnin 4,7 bal gücündə olduğu hesablanıb. Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 30 km məsafədə yerləşdiyi qeyd edilib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.