Kiyev rayon məhkəməsi ölkənin keçmiş Baş naziri Nikolay Azarov barədə qiyabi həbs qərarı çıxarıb.
Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Keçmiş hökumət başçısının dövlətə xəyanətdə ittiham olunduğu bildirilib.
2010-cu ildə imzalanan və Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində daha 25 il qalmasını nəzərdə tutan Xarkov sazişinin imzalanmasına görə məhz Azarovun məsuliyyət daşıdığı qeyd edilib.