Kanadada hərbi bazada partlayış olub, yaralananlar var 19-11-2021, 08:45 Kanada Silahlı Qüvvələrinin Vankuver adasındakı (Britaniya Kolumbiyası əyaləti) "Komoks" hərbi bazasında partlayış baş verib.Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı xəbər verib.İlkin məlumata əsasən, partlayış təmirdə olan kazarma binasında qaz sızması nəticəsində olub. Binanın bir hissəsi çöküb.Bildirilir ki, partlayış nəticəsində azı 2 nəfər xəsarət alıb.Digər təfərrüatlar barədə məlumat verilmir. Facebook-da paylaş