Cərrah xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsdi

3-12-2021, 09:48           
Cərrah xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsdi
Avstriyada cərrah əməliyyat zamanı səhv ayağı kəsib və buna görə cəzalandırılıb.

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, yaşlı xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsən həkimin bu səhvi iki gün sonra üzə çıxıb.

Çərşənbə günü Linz şəhər məhkəməsi 43 yaşlı cərrahı açıq-aşkar səhlənkarlıqda təqsirli bilib və onu 2700 avro miqdarında cərimələyib. Məhkəmədən əvvəl vəfat edən 82 yaşlı xəstənin dul arvadına 5 min avro təzminat ödənilməsinə qərar verilib.

Əlavə olaraq bildirək ki, bənzər hadisə 1995-ci ildə ABŞ-da da baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru