Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir. Ondan “Escort” markalı ov tüfəngi götürülmüşdür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanmışdır.