Təbrizdə saxlanılan iki fəal zaminə buraxılıb

7-02-2025, 17:34           
Təbrizdə saxlanılan iki fəal zaminə buraxılıb
Bu gün fevralın 6-da təqribən iki həftə öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəallar Rza Səlimi və Səməd Heydəri Təbriz Mərkəzi Həbsxanasından mülki zəmanət qarşılığında müvəqqəti olaraq azad edilib.

Rza Səlimi və Səməd Heydəri 23 yanvarda Təbrizdə, iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq nəzarət altına alınmışdı. Təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilən fəallar dünən Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Məlumata görə, onların müvəqqəti azadlığa buraxılması üçün hər biri üçün bir milyard tümən girov təyin olunub. Həbsdə olduqları müddətdə onlar bir dəfə həbsxanaya, daha sonra Kəşfiyyat İdarəsinin təcridxanasına, oradan isə yenidən Təbriz həbsxanasına aparılıb.

Onlara qarşı irəli sürülən ilkin ittihamın "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" olduğu bildirilir.

Səməd Heydəri daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. O, Traktor komandasının oyunlarından birində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və onun barəsində məhkəmə işi açılmışdı. HRA-nın məlumatına görə, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15 saylı İstintaq Şöbəsi Səmd Heydəri barəsində bir il müddətinə təqibin dayandırılması qərarını vermişdi.

Həmin fəalların həbs müddətində azərbaycanlı aktivistlər şəhərdə bir neçə dəfə onlara dəstək məqsədilə plakatlar asıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru