Türkiyədə KFC və "Pizza Hut"ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar

7-02-2025, 15:28           
Türkiyədə KFC və "Pizza Hut"ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar
Türkiyədə "fast-food" sektorunun aparıcı brendlərindən olan KFC və "Pizza Hut"ın operatoru "İş Gıda" şirkətinin müflis elan olunması minlərlə işçini pis vəziyyətdə qoyub.

TRGT xəbər verir ki, ölkə üzrə 283 KFC və 254 "Pizza Hut" filialı bağlanıb, təxminən 7 min işçi nə maaş, nə də təzminat ala bilib.

"İş Gıda"nın İstanbuldakı mərkəzi ofisi qarşısına toplaşan işçilər səslərini eşitdirməyə çalışıblar.

"Həqiqətən çox çətin vəziyyətdəyik. Banklara borcumuz var, bizə zəng vururlar. Yəqin ki, təzminatımız da verilməyəcək", - işçilərdən biri deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru