Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərdi

15-04-2022, 11:25           
Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərdi
Azərbaycan hökuməti hərbi əməliyyatlarla bağlı əziyyət çəkən Ukrayna vətəndaşlarına yardım məqsədilə üçüncü dəfədir ki, humanitar yardım göndərir.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistələrə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, yardım tibbi ləvazimatlar və dərman vasitələrindən ibarədir:

"Bu dəfəki yardımın təqdimat yeri Maldova Respublikasıdır. Ukraynadakı müharibənin fəsadlarından əziyyət çəkən və Maldovada məcburi şəkildə müvəqqəti yaşayan Ukrayna vətəndaşlarına yardım göstərilir. Azərbaycan müharibənin fəsadlarını çox uzun müddətdir çəkən ölkələrdən biridir və müharibədə əziyyət çəkən vətəndaşlara hansı ölkədə olmasından asılı olmayaraq dövlətimiz daima dəstək olmağa çalışır. Yardımlar ehtiyac olacağı təqdirdə, davamlı şəkildə göndəriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru