Ukraynanın Kupyansk şəhərinin satqın meri Gennadi Matseqor Rusiyaya qaçıb. Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Kupyansk merindən danışdıqda öncə onun xəyanətkar olduğunu deməliyik. Məlumata görə, o öz ailəsi ilə Rusiyaya gedib”, - deyə Sinequbov bildirib.
Qeyd edək ki, Gennadi Matseqor Kupyansk şəhərini razılaşma yolu ilə Rusiya hərbçilərinə təhvil verdiyini etiraf etmişdi.