“jam_guliyev” həbs edildi – “Patı” ilə tutulub

16-04-2022, 00:07           
“jam_guliyev” həbs edildi – “Patı” ilə tutulub
Sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmış bloqer həbs edilib.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.

Faktla bağlı tərtib edilən protokol Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cəmil Quliyev barəsində iki ay müddətində inzibati həbs qərarı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru