Altı nəfər kimsəsiz adadan şüşədəki məktub sayəsində xilas oldu

16-04-2022, 11:14           
Altı nəfər kimsəsiz adadan şüşədəki məktub sayəsində xilas oldu
Martın 24-də göyərtəsində 6 nəfərin olduğu gəmi Braziliyanın Santarem şəhərindən yola çıxıb. Ekipaj üzvləri Cənubi Amerikanın şərq sahillərində Amazon çayının mənsəbində yerləşən Çavis şəhərinə on gün ərzində çatmağı planlaşdırırdılar. Üçüncü gün onlar əlaqəni kəsilib. Qohumları gəmi ekipajının itkin düşmələri barədə məlumat veriblər.

Sonradan məlum olub ki, gəmi fırtınaya düşüb və alovlanıb. Təchizatların əksəriyyəti məhv olsa da, heyət üzərək kimsəsiz adaya çıxa bilib.

Qəzaya uğrayan gəmiçilər iki həftə kimsəsiz adada qidasız qalıb.Onlar çarəsizlikdən məktub yazaraq su şüşəsinə qoyub və onu suya atıblar.

Məktubu tapan balıqçılar müvafiq instansiyalara xəbər veriblər.

Qəzaya uğrayan gəmiçilər adaya göndərilən helikopter vasitəsilə xilas edilib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru