İşçi telefon dirəyindən yıxıldı: Reanimasiyadadır

17-04-2022, 08:37           
İşçi telefon dirəyindən yıxıldı: Reanimasiyadadır
Qax Telekommunikasiya Qovşağının əməkdaşı telefon dirəyindən yıxılaraq ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağyezli kənd inzibati ərazisində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Telman Məhəmməd oğlu Mahmudov telefon dirəyinində kabelləri təmir edən zaman ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan T. Mahmudovun müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru