Ailə qəzaya düşdü: Avtomobilin sükanı kilidləndi, iki maşın toqquşdu

17-04-2022, 08:44           
Ailə qəzaya düşdü: Avtomobilin sükanı kilidləndi, iki maşın toqquşdu
Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Hümbətov Fərid Hüseyin oğlu idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən sükan qəfildən kilitlənib.

Nəticədə F. Hümbətov idarəetməni itirdiyi üçün avtomobil qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı sürücünün həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Brilliant Ərəstun qızı yaralanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru