SON DƏQİQƏ: Xankəndidə erməni polis öldürüldü

17-04-2022, 11:23           
SON DƏQİQƏ: Xankəndidə erməni polis öldürüldü
Xankəndidə silahlı erməni qondarma yol polisi idarəsinin operativ idarəetmə mərkəzinin 2-ci mərtəbəsinə daxil olaraq növbətçi zabitə tapançadan atəş açıb. Polis yerindəcə keçinib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, aprelin 16-da saat 22:25 radələrində 1969-cu il təvəllüdlü Serqo Şakaryan polis işçilərinə AK-74-dən atəş açmağa başlayıb.

Növbətçi polisin böyük inspektoru Z.E. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə keçinib.

Daha sonra Serqo Şakaryan eyni məqsədlə növbətçi kiçik inspektor A.X-ni təqib etsə də, o, yayına bilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Serqo Şakaryan həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru