Rusiya ordusunun daha bir yüksək rütbəli zabiti öldürülüb
19-04-2022, 07:50
Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti öldürülüb. Məlum olub ki, Ukraynada Rusiya silahlı qüvvələrinin 49-cu zenit-raket briqadasının komandiri, Smolensk vilayətindən olan polkovnik Qrişin İvan öldürülüb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün yaydığı məlumata görə, indiyədək Rusiyanın 20 600 hərbçisi zərərsizləşdirilib. (Mənbə: Unian)