Yaponiyada bir kiloqram çay 30 min manata satıldı

19-04-2022, 09:43           
Yaponiyada bir kiloqram çay 30 min manata satıldı
Yaponiyada hərracda çay yarpağının bir kiloqramı 1,96 milyon yenə (təxminən 30 min manata) satılıb.

Qeyd olunur ki, satış Yaponiyanın ən yaxşı çay plantasiyalarının yerləşdiyi Şizuoka şəhərində keçirilib.

Mütəxəssislər qeyd edib ki, rekord qiymətə alınan yaşıl çay özünəməxsus dada və ətirə, xüsusilə tünd rəngə malikdir.

Əlavə edək ki, Yaponiyada mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının hərracı keçirilir və bu hərraclarda rekord satış qiymətləri qeydə alınır.

Mənbə: Kyodo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru