Qadın paltarı geyinib Ukraynadan qaçan kişilər tutuldu

19-04-2022, 09:25           
Qadın paltarı geyinib Ukraynadan qaçan kişilər tutuldu
Fevralın 24-dən indiyədək ölkəni qanunsuz olaraq tərk etməyə cəhd edən 2500-ə yaxın kişi sərhəddə saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Andrey Demçenko bildirib. Onun sözlərinə görə, Ukraynada fevralın 24-dən hərbi vəziyyətin tətbiqi ilə əlaqədar 18-60 yaş arası kişilərin ölkədən çıxışına qadağa qoyulub.

“Onların əksəriyyəti - 2,1 min nəfər nəzarət-buraxılış məntəqələrindən yan keçərək qanunsuz yolla ölkəni tərk etməyə cəhd edib. Qalanları isə keçid məntəqələrində sərhədi keçməyə, sənədləri saxtalaşdırmağa və ya sərhədçilərə rüşvət verməyə cəhd göstərib, yaxud qadın paltarı geyinərək başqalarının sənədlərindən istifadə edib. Bütün qanun pozucuları saxlanılıb və Ukraynaya qaytarılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru